“Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə bülleteni atır” –Məzahir Pənahov

Seçki2020
09:51 14.02.2020
4790
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə təəccüblə qarşılaşdığı pozuntuları açıqlayıb.

MSK sədri bəzi seçki komissiya üzvlərinin hərəkətlərinin onda təəccüb doğurduğunu bildirib.

"Bu seçkilərdə başa düşmədiyim hal olub. Fərz elə ki, məntəqədə hamının gözünün qabağında götürüb bülleteni qutuya atır. Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə atır. Deyək ki, bəlkə də o, bunun yolverilməz olduğunu bilmir. Hamı bilir, hətta uşaq da bilir ki, bunu etmək olmaz. Digər tərəfdən adamda bir məntiq də olmalıdır da. Əgər bunu bilir və edirsə, nə üçün edir? Mən demirəm ki, o, bunu qəsdən edir. Amma normal bir məntiq yozum olmalıdır – nə üçün edir? Deməli, bunu etməkdə hansısa maraq var. Ona görə də bu məsələ məndə təəccüb doğurub. Çünki seçki prosesində istənilən xoşagəlməyən hal biz istəsək də, istəməsək də Azərbaycanın ünvanına yazılır. Təəccüb doğuran odur ki, doğrudan da belə insanlar var. Onlar istəyir ki, Azərbaycanın ünvanına öz hesabına neqativ bir xal əlavə eləsin.

Mən belə pozuntuları görürdüm. Bunlar məntiqi olmayan pozuntulardır. Bu, Azərbaycana xidmət edən məntiq deyil. Buna ancaq Azərbaycandan kənara xidmət edən məntiq kimi izah tapmaq mümkündür. Burada söhbət daxildə nədənsə razı və ya narazı olmaqdan getmir. Dünyanın hər yerində insanlar nədənsə razı, nədənsə də narazıdır. Bu, adi haldır və insan həmişə hər şeydən razı olmur”, – deyə MSK sədri qeyd edib
 
///Report.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:29 01.10.2020

Hərbi prokuror: “Ötən illə müqayisədə qeyri-hərbi cinayətlər xeyli azalıb”

10:27 01.10.2020

Ermənilərin atəşi nəticəsində indiyədək 16 mülki şəxs həlak olub

10:24 01.10.2020

27 il dalana dirənən danışıqların finalı: düşmən indi ağalarına yalvarır...

10:14 01.10.2020

Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşdü - bir mülki şəxs həlak oldu

10:06 01.10.2020

Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar

09:54 01.10.2020

Ermənilər Tərtəri artilleriya atəşinə tutur - RƏSMİ

09:51 01.10.2020

Azərbaycan ordusu düşmənin başına od ələyir – Prezident atəşkəs şərtini açıqladı

09:37 01.10.2020

"Qarabağ"ın rəqibində koronavirus aşkarlandı

09:26 01.10.2020

Kolumbiya Senatı Ermənistanın təcavüzünü pislədi

09:24 01.10.2020

Goranboyda qəza: 79 yaşlı kişi yaralandı

08:56 01.10.2020

Düşmənə gecə ərzində artilleriya zərbələri endirilib - Video

08:47 01.10.2020

Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı

02:14 01.10.2020

Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

01:13 01.10.2020

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlandı - RƏSMİ - VİDEO

01:12 01.10.2020

Müdafiə Nazirliyi: Düşmənin hərbi kolonları məhv edildi - VİDEO

00:10 01.10.2020

Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb

X Mostbet