“Deyirlər, toy olmasın, müğənnilər acından ölsün"

“Deyirlər, toy olmasın, müğənnilər acından ölsün"
MAQAZİN
15:53 04.06.2020
1916

"Bəzi insanlar görəndə ki, kimsə onların yazdığı fikirlə razı deyil, əks fikirlidir və haqlıdır, həmin adamın sözlərini təhrif etməyə başlayır. Belə insanlardan qorxmaq lazımdır. Onlar rahat şəkildə sizi şərləyə bilərlər”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. 

O, müğənnilərin hər dəfə tənqid olunmasına sərt şəkildə reaksiya verib: "Çox açıq və başa düşülən formada yazdım ki, niyə başqa söyənlərə reaksiya vermirsiniz? Hər gün məşhurlar haqsız səbəbdən söyülürlər, təhqir olunurlar. Niyə reaksiya verib qınamırsınız? Mən dəfələrlə polisə şikayət etmişəm, həmin söyüş söyənlər gəlib, orada üzr istəyib, ağlayıblar. Mənim də ürəyim dözməyib, ərizəmi geri götürmüşəm. Təhqir yazanlar kasıb övladıdır, ya varlıdır, biz bilmirik. Heç bir fərqi yoxdur hansı ailədə tərbiyə alıb. Öz səhifəsində söyüş söyən insanı izləmirəm, tanımıram. Sözlərimin mənasını dəyişmək lazım deyil. Nə dediyimi gözəl anlayırsınız. Məntiqi anlamıram. Bura ən az 5 səhifənin linkin qoya bilərəm: hansılar ki, tanınan və hörmətli insanların ünvanına hər gün açıq şəkildə söyüşlər və təhqirlər yazırlar . Guya, görməmisiniz? Niyə qınamırsınız? Ədalətli olmaq çox çətindir? Ölkədə bir hadisə olan kimi bir bəhanə ilə müğənniləri qınamağa başlayırsız. Asteroid də gəlsə, deyəcəksiniz ki, müğənnilərin ucbatından oldu”. 

Sənətçi toyların olmamasına sevinənlərə də mesaj göndərib: "Toy olmasın, müğənnilər acından ölsün" yazanlar az deyil. Niyə qınamırsınız belələrini? Niyə haqqın tərəfində olmursunuz? Niyə müdafiə etmirsiniz? İnsanın vicdanı, insafı, qanacağı, tərbiyəsi varsa, var, yoxdursa, yoxdur. Bu xüsusiyyətlərin onun sənəti və peşəsi ilə heç bir əlaqəsi yoxdur.

Bəzi kişilər isə sosial şəbəkələrdə qeybət etməzdən öncə düşünsələr, onlar üçün yaxşı olar. Özünüzü həyətdə oturub tum çırtlaya-çırtlaya qeybət edən qadınlara bənzətməyin. Çox pis görünür. Həmişə mərd olun. İnsaflı və vicdanlı olun. Bu, çox vacibdir.

Bir də "Bu müğənnilər xalqın pulu ilə varlanıb" cümləsini işlətməyin. Gülünc görünürsünüz. Müğənni oğurluq etmir, rüşvət almır. Halal pulunu qazanır. Müğənni tanınıb sevilmək üçün işləyir, əziyyət çəkir, pul xərcləyir. Mahnıya, klipə, geyimə, stilistə, menecerinə, mətbuat katibinə, reklamına və s... Kiçicik beyninizə uyğun mənasız şərhlərinizi özünüzə saxlayın. Kim mənə nə arzu edirsə, haqqımda nə düşünüb, danışırsa, özünə qaytarıram. Allah düşüncənizə görə min qat artığını yetirsin”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq