“Dəyişiklik səndən başlayır!” - Bullinqlə mübarizə layihəsi

“Dəyişiklik səndən başlayır!” - Bullinqlə mübarizə layihəsi
İQTİSADİYYAT
17:18 31.01.2025
536
"Birbank”ın təşəbbüsü və sponsorluğu, "Dərs Evi” Tədris Mərkəzinin təşkilatçılığı və Təhsil İnstitutunun dəstəyi ilə "Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib. 

Yanvarın 30-da layihə tərəfdaşlarını, media nümayəndələrini, təhsil və beynəlxalq ekspertləri bir araya gətirən təqdimat mərasimi baş tutub.

Tədbirdə "Birbank”ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, "Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova, antibullinq üzrə beynəlxalq ekspert Mariya Afonina və digər rəsmi şəxslər iştirak edərək fikirlərini bölüşüblər. 

Fərqanə Məmmədova çıxışında bildirib ki, "Bullinq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətimizə təsir göstərən ciddi sosial problemdir. Bu, fiziki və ya emosional təsirlə yanaşı, insanların özünə inamını azaldan və onların gələcək inkişafına mane olan bir davranışdır. Məktəblər isə bir fərdin şəxsiyyət kimi formalaşmasında ən vacib mühitlərdən biridir. Ona görə də təhsil müəssisələrində bu cür mənfi halların qarşısını almaq və profilaktik tədbirlər görmək, maarifləndirmə işləri aparmaq olduqca mühüm vəzifədir”.

Bullinq təhsil mühitində şagirdlərin biri-birinə qarşı fiziki və ya psixoloji təzyiqi, eləcə də təhqir kimi halları əhatə edir. Bu, məktəblərdə şagirdlərdə  narahatlıq yaradan, özünə inamı azaldan və onların psixoloji rifahına mənfi təsir göstərən ciddi bir problemdir. Məktəblərdə sağlam, təhlükəsiz və müsbət mühitin yaradılmasını hədəfləyən bu təşəbbüs cəmiyyətdə getdikcə aktuallaşan sosial problemin həlli istiqamətində mühüm addımlardan biridir. 

"Dəyişiklik səndən başlayır!”layihəsinin icrasına ilk olaraq 18 nömrəli tam orta məktəbdən başlanılacaq. Bu məqsədlə layihənin təqdimat mərasimində 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, Birbank-ın Daxili kommunikasiya və KSM şöbəsinin müdiri Aynur Həsənzadə və "Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova arasında xartiya imzalanıb. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən "Dərs Evi” Tədris Mərkəzinin müəllimləri üçün xüsusi təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən müəllimlər bullinq mövzusunda maarifləndirmə və mübarizə yolları ilə bağlı bilik və bacarıqlarını artıracaqlar. Daha sonra təlim keçmiş müəllimlər ümumtəhsil məktəblərində öz həmkarlarına tədris proqramları təqdim edərək bullinqlə mübarizənin yollarını geniş kütləyə çatdıracaqlar. Layihənin effektivliyi isə məktəblərdə keçiriləcək sorğular və qiymətləndirmələr vasitəsilə izləniləcək.

Qeyd edək ki, "Birbank” Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyətimiz üçün önəmli mövzulara xüsusi diqqət yetirir və mütəmadi olaraq müxtəlif sosial layihələrə dəstək verir. Bullinq kimi dünya miqyasında aktual olan sosial problemə qarşı mübarizə təşəbbüsü bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu layihə ilə yanaşı, bank cəmiyyətin rifahına yönəlmiş müxtəlif təşəbbüsləri dəstəkləməyə də davam edir. Bankın istər təhsilin inkişafı, istərsə də sosial problemlərin həlli istiqamətlərindəki fəaliyyətləri ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, gələcək nəsillər üçün dayanıqlı bir mühit yaratmağa yönəlib.  

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. "Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib