DGK əməkdaşı rüşvət aldığına görə işdən çıxarılıb

DGK əməkdaşı rüşvət aldığına görə işdən çıxarılıb
SOSİAL
19:20 03.07.2019
10515
Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

AZXEBER.COM- a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 28 iyun 2019-cu il tarixdə "İrşad Trade 2018" MMC-nin ünvanına konteynerlə daxil olmuş velosiped yüklərinin gömrük yoxlanmasını növbəti günə keçirməmək və tezləşdirmək müqabilində Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlunun qeyri-qanuni olaraq şirkət nümayəndəsindən 400 manat pul alması barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə məlumat daxil olub.

Dərhal Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi Duman Şeyxov saxlanılıb və faktla bağlı qanunvericiliyə uyğun olaraq araşdırma aparılıb. Aparılan araşdırmaların və gömrük əməkdaşının dindirilməsinin nəticəsi olaraq o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində qeyd olunan yüklərin boşaldılması və gömrük yoxlamasının tezləşdirilməsi müqabilində qeyri-qanuni 400 manat aldığını etiraf edib. Bundan sonra Duman Şeyxov şalvarının sol cibində olan 4 ədəd 100-lük manat nominalında pul əskinaslarını könüllü olaraq təqdim edib.
 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlu "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülüb.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib