DGK: "Kahı" yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

DGK: "Kahı" yükünün içərisində külli miqdarda marixuana aşkar edilib
SOSİAL
13:24 28.03.2026
153
Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Kimitəsindən AZXEBER.COM-a verilən məlumata görə, "Kahı, kərəviz və gül kələm” yükü aparan nəqliyyat vasitəsinə "Biləsuvar” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində "kahı" yükünün içərisində qablaşdırılaraq gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
OXŞAR XƏBƏRLƏR