DGK-nın "facebook"da paylaşımı etirazla qarşılandı: Vətəndaşın şəxsi əşyaları müsadirə olunub? - FOTOLAR

SOSİAL
11:22 24.03.2023
1635
Dövlət Gömrük Komitəsinin açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, komitənin "facebook" səhifəsində paylaşılan xəbər istifadəçilər tərəfindən etiraza səbəb olub. Belə ki, məlumatda  İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının "CİP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edildiyi bildirilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən xeyli miqdarda müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd "Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunduğu açıqlanıb.

DGK-nın "facebook" səhifəsində həmin vətəndaşın şəxsi əşyalarının şəkilləri çəkilərək paylaşılıb və şəkillərdə müxtəlif alt paltarlarının və digər şəxsi əşyaların olduğu görünür. 

Qurumun "facebook" səhifəsində paylaşılan bu fotoşəkillər ciddi müzakirələrə səbəb olub. İstifadəçilərin iradlarına isə, DGK Nazirlər Kabinetinin 305 saylı qərarı ilə cavab verməyə çalışıb. 

Bəs, vətəndaşın hansı hallarda özü ilə gətirdiyi mallar gömrüyə tabe tutulmur?

Sözügedən maddənin yəni - "Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası"nın 2-ci bəndinin 2.1.1. bölməsində səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyaların gömrüyə tabe tutulmadığı qeyd edilib. 

Eyni zamanda maddənin 2.1.- ci bəndində qeyd edilib: Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Bəs, DGK hansı hallarda vətəndaşın özü ilə gətirdiyi, şəxsi istifadəsi üçün nəzərdə tutduğu məhsulu gömrüyə tabe tuta bilər?

305-ci maddənin 2.1.2. bəndində deyilir: 

Bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar.

Ümumilikdə isə, sözügedən malların şəxsi istifadə üçün və ya satış üçün nəzərdə tutulduğunu, onların orjinal olub-olmaması fotolardan daha aydın görmək mümkündür.
 
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov AZXEBER.COM-a öz fikirlərini bildirib:
 

 

"Gömrük-keçid məntəqələrində bu və ya digər məhsulların şəxsi istifadə adı altında keçirilib əslində isə kommersiya məqsədilə istifadə olunması hallarına çox rast gəlindikcə bunun tənzimlənməsi ilə əlaqədar müxtəlif qaydalar sərtləşdirilir. Bununla yanaşı yeni qaydalar qüvvəyə minir. Bu, bir tərəfdən yaxşıdır ki, müəyyən yığımlardan yayınmaların qarşısını alır, mənfi tərəfi isə odur ki, həqiqətən də şəxsi istifadə üçün ölkəyə gətirilən əşyalara tətbiq olunur. Bu isə vətəndaşlarda müəyyən narazılıqlara səbəb olur. Hesab edirəm ki, Gömrük-keçid məntəqələrində şəxsi istifadə üçün vətəndaşların gətirdikləri məhsulların vergiyə, gömrük rüsumuna cəlb olunması qaydasına yenidən baxılmalıdır”.

Ekspert ölkəyə gətirilən məhsulların bəyan olunmasını məqsədəuyğun hesab edir:

"Ölkəyə gətirilən əşyaları, məhsulları bəyan etmək lazımdır. Vətəndaşın borcudur ki, keçirdiyi məhsullar barədə ya elektron, ya şifahi, ya da yazılı olaraq bəyan etsin. Amma bəyan edildiyi halda da vətəndaşın müəyyən ödənişləri həyata keçirməsi, gömrükdə müəyyən limitlərin qoyulması kommersiya məqsədilə deyil, şəxsi istifadə üçün belə xaricdən gətirilən malların da gömrük yığımlarına cəlb edilməsi hesab edirəm ki, doğru deyil. İnsanlara seçim azadlığı vermək lazımdır. Bu məsələdə konturlar o qədər aydın cızılmalıdır ki, ya şəxsi istifadə adı altında gətirib kommersiya məqsədilə istifadə olunmasın və eyni zamanda insanların şəxsi istifadə üçün gətirdikləri məhsullar vətəndaşlarda əlavə xərc yaratmasın. Hesab edirəm ki, 800 dollarlıq limit çox azdır, bu limitə yenidən baxılmasına ehtiyac var”.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir