Di Françesko seçim qarşısında: “Qarabağ”la oyunda debüt edəcək

Di Françesko seçim qarşısında: “Qarabağ”la oyunda debüt edəcək
İDMAN
18:09 28.11.2017
1211

Çempionlar Liqasının qrup mərhələsində son matçını "Qarabağ”a qarşı keçirəcək "Roma”nın hücum xətti məşqçilər korpusunu narahat edir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Edin Dzekonun formadan düşdüyü bir vaxtda Qrequar Defrelin zədələnməsi baş məşqçi Eysebio Di Françeskonu çətin vəziyyətə qoyub.

 

"Qarabağ”la qarşılaşmanı buraxacağı dəqiqləşən Defreldən sonra əsas hücumçu Edin Dzekonun da start heyətində meydana çıxması sual altındadı. Buna səbəb bosniyalının getdikcə zəif təsir bağışlamasıdı. Dzeko son 8 matçda fərqlənə bilməyib ki, "Roma” bunun 4-də cəmi 1 qol vurub, 1 dəfə isə meydanı qolsuz tərk edib. 31 yaşlı futbolçu axırıncı dəfə oktyabrın 18-də Çempionlar Liqasında "Çelsi” ilə heç-heçə (3:3) nəticələnən qarşılaşmada dubla imza atıb. A seriyasında isə son qolunu oktyabrın 1-də "Milan”la (2:0) oyunda rəqib qapısından keçirib.

 

"Canavarlar”ın digər hücumçusu Patrik Şikin sağalması isə Di Françeskonu çıxılmaz vəziyyətə salıb. Təcrübəli mütəxəssis çexiyalı forvardı həftəsonu A seriyasında "Spal”la matçda da meydana buraxacaq. O, bununla Şikin "Qarabağ”la matça tam hazır olmasına çalışır. Azərbaycan çempionu ilə görüşdə Dzeko ilə Şik arasında seçim etməkdə çətinlik çəkən Di Françesko ikinciyə matçın gedişində də olsa, Çempionlar Liqasında debüt etmək imkanı verəcək. Hətta bu cütlüyün ilk dəqiqələrdən meydanda olması da istisna edilmir.

 

Qeyd edək ki, "Roma” – "Qarabağ” oyunu dekabrın 5-də "Olimpiko” stadionunda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR