Di Maria PSJ-dən 12 milyon istəyir

Di Maria PSJ-dən 12 milyon istəyir
İDMAN
17:34 17.10.2018
3230

PSJ yarımmüdafiəçisi Anhel Di Maria ilə yeni müqavilə barəsində ortaq məxrəcə gələ bilmir.

Buna səbəb argentinalı futbolçunun klub rəhbərliyindən illik 12 milyon avro maaş tələb etməsidir. 30 yaşlı oyunçu hesab edir ki, bu mövsümdəki çıxışı həmin məbləğə layiqdir. Paris klubu isə bu şərtlə müqaviləni uzatmaq fikrində deyil.

Məhz bu səbəbdən Di Marianın mövsümün sonunda PSJ-dən ayrıla biləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR