Di Maria üç həftə oynamayacaq

İDMAN
20:12 13.10.2022
252
Argentina millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Anxel Di Mariya 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
AZXEBER.COM xəbər verir ki, İsraildə "Makkabi" (Hayfa) komandasına 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda zədələnən 34 yaşlı yarımmüdafiəçi bud nahiyəsindən xəsarət alıb.

Oyunçu təxminən 20 gün sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, Anxel Di Mariya bu ilin iyulunda "Yuventus"a keçib.
OXŞAR XƏBƏRLƏR