İspaniyanın "Atletiko” və İngiltərənin "Çelsi” klublarındakı çıxışları ilə tanınan Dieqo Kosta karyerasını Braziliyada davam etdirəcək.
AZXEBER.COM saytının məlumatına görə, 32 yaşlı braziliyalı hücumçu "Atletiko Mineyro” klubuna keçəcək.
Tərəflər arasında ilkin razılıq əldə olunub. Futbolçu ilə 1 illik müqavilə imzalanacaq. Onun illik qazancı 2,6 milyon avro təşkil edəcək.
2020-ci ilin dekabrında "Atletiko”dan ayrılan Dieqo azad agent statusuna malikdir. O, ötən mövsümdə "Real”da 7 oyun keçirib və 2 qol vurub.
Qeyd edək ki, bir müddət əvvəl futbolçu ilə danışıqlar aparan Türkiyə "Beşiktaş”ı hücumçunun yüksək maliyyə tələbləri üzündən ondan imtina edib.