Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə iclası ikinci dəfə təxirə salınıb

SOSİAL
11:54 13.09.2024
113

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə iclası ikinci dəfə təxirə salınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

"Ehtiyatsızlıqdan adam öldürmə"də təqsirləndirilən səkkiz tibb işçisinin məhkəməsi 2025-ci ilin mart ayının 11-də keçiriləcək. Buna səbəb şübhəlilərdən 3-nün məhkəmənin təxirə salınmasını tələb etməsi olub.

Qeyd edək ki, argentinalı keçmiş futbolçu 2020-ci ildə 60 yaşında vəfat edib.

OXŞAR XƏBƏRLƏR