Məktəbli qız anereksiya nəticəsində vəfat edib.
AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Rusiyanın Rostov vilayətində yaşanıb.
Sözügedən ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.Müstəntiqlərin müəyyən etdiyinə görə, 15 yaşlı məktəbli qız belə demək olarsa, acından ölüb. Yerli məktəblərdən birində təhsil alan qız diet saxlamağa başlayıb və arıqlamaq istəyib. Nəticədə yeməməzlikdən (anereksiya) əziyyət çəkən qız özünü əldən salıb, o tamamilə yeməkdən kəsilib.Ac qalan məktəbli yarım il ərzində hər kəsin gözü qarşısında arıqlamağa başlayıb, get-gedə skeletə çevrilməyə başlayıb.Dekabrın 11-də qız xəstəxanaya yerləşdirilib. Orada isə həkimlər onu xilas edə bilməyiblər. Qız dünyasını dəyişib.