Dietoloqdan xəbərdarlıq: “Bu qidaları səhər yeməyində yeməyin”

MARAQLI
13:10 06.06.2023
715
Dietoloq insanlara səhər yeməkləri ilə bağlı öz məsləhətlərini verib.

AZXEBER.COM xəbər verir ki, dietoloqun sözlərinə görə, sağlam olmaq istəyirsinizsə, səhər yeməyi menyunuzdan şəkərli taxıl, ağ çörək tostu və xəmir xörəklərini çıxartmalısınız.

İngiltərədəki King's College London-da qida mütəxəssisi olan professor Tim Spector səhər yeməyindən ağ un və meyvə şirəsi kimi şəkərli qidalarla hazırlanan qidaların yerinə təbii qatıq və qarışıq qoz-fındıq tövsiyə edir.

Dietoloq insanlara səhər yeməyinə fikir verməyi tövsiyə edib, çünki insanların çoxu səhər yeməyini evdə yeyir, bu da işdə, restoranlarda və kafelərdə yeyilən yeməkləri əvəz etməyi asanlaşdırır.

Həkim sıyıq kimi zahirən daha sağlam görünən səhər yeməyi məhsullarının da həddindən artıq emal edildiyini və bunun insan sağlamlığı üçün zərərli olduğunu vurğulayıb.

Dietoloq səhər saatlarında heç də bütün insanların güclü aclıq hissi keçirmədiyini vurğulasa da, səhər yeməyini sistematik şəkildə atmağın artıq çəki almağa təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

Ayşən

OXŞAR XƏBƏRLƏR