Diktator belə olar! Sevgilisini edam etdirdi

DÜNYA
16:10 31.08.2013
2624
Kim Jong-un-un keçmiş sevgilisi ölkənin onlarca estrada sənətçisi ilə birlikdə «edam vzvodu» tərəfindən güllələnib.İddialara görə, Şimali Koreya diktatorunun keçmiş sevgilisi olmuş müğənni Hyon Song-wol və ölkədə məşhur olan daha 11 sənətçi avqustun 17-də pornoqrafiya haqqında qanunu pozduqları üçün həbs edilmişdilər.Həbsdən sonra bu 12 nəfər ailələrinin gözü qarşısında pulemyotla edam edilib. Edamın tamaşaçıları gülləmədən dərhal sonra həbs düşərgələrinə göndəriliblər.Müğənni Hyon-un musiqi qrupu «Əsgərin izləri», «Mən Pxenyanı sevirəm», «O tərxis olunmuş qadın əsgərdir» və «Biz partiyanın əsgərləriyik» kimi vətənpərvər hitlərin yaradıcısı olub.Müğənnin populyarlığı 2005-ci ildə «Əla atabənzər xanım» mahnısı ilə pik nöqtəsinə çatıb.SƏNƏTKAR QISQANCLIĞIEdam edilən 12 nəfər «Unhasu» orkestri və «Vangaesan» musiqi ansamblının müğənni və çalğıçılarıdırlar. Onlar özlərinin sekslə məşğul olduqlarını əks etdirən videokassetləri satmaqda ittiham olunublar.Həbs olunarkən onlardan bəzilərinin üstündən «İncil» tapılıb.
Kim
Kim Jong-un həyat yoldaşı Ri Sol-ju ilə birlikdə
Cənubi Koreya və Çin mediasının verdiyi xəbərə görə, atasının ölümündən sonra ölkənin lideri olmuş Kim Jong-un müğənni Hyon-la 10 il əvvəl tanış olubmuş. Lakin indiki liderin diktator atasıKim Jong-ilbu münasibətləri bəyənməyib və oğlundan qızla üzülüşməyi tələb edib. Bunun ardınca Hyon Şimali Koreya ordusunun zabitlərindən birinə ərə gedib və hətta ana olub. Lakin bəzi şayiələrə görə, Hyon ərdə ola-ola Kim-lə görüşlərini onun atasının ölümündən sonra da davam etdirirmiş.Məsələ burasındadır ki, Kim-in arvadı Ri Sol-juda vaxtilə «Unhasu» qrupunun üzvü olub və keçmiş sənət yoldaşının populyarlığına qibtə edirmiş.Xəbər verilir ki, Şimali Koreyanın kommunist lideri öz analığını da repressiya etdirib. Ögey ana Kim Ok Fəhlə Partiyasının Maliyyə və mühasibat departamentinin rəhbəri idi.GÜLLƏLƏMƏK YOX, BOMBALAMAQOnun bəxti müdafiə nazirinin müaviniKim Chol-dan daha çox gətirib (Kim Koreyada çox geniş yayılmış familiyadır, belə ki ölkənin yarısı Kim, Lee, Park soyadlarını daşıyır).
Şimali
Şimali Koreya hərbçiləri hərbi paradda
Kim Chol ulu öndər Kim Jong-il-in matəm günlərində içki və eyş-işrətlə məşğul olduğu üçün bombalanmaqla edam edilib. Bəli, güllələnməklə yox, məhz bombalanmaqla. Çünki gənc diktator «bu qudurğanın bir tükünün də yer üzündə qalmamasını əmr etmişdi».Şimali Koreya məsələləri üzrə ekspertlər bu qənaətdədirlər ki, müğənni Hyon Song-wol siyasi səbəblərə görə edam oluna bilərdi.Tokiodakı Vaseda Universitetinin professoru Toshimitsu Shigemura deyir ki, bu adamların günahı təkcə pornoqrafiya olsaydı, onları sadəcə olaraq mürəkkəb həbsxanalar sistemində «itirərdilər».Professor inanır ki, musiqiçiləri hakimiyyətə rəqib klanlarından birinə meylləndiklərinə görə güllələyə bilərdilər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu