Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır
SOSİAL
09:23 27.10.2017
837
"Azərbaycanda yaxın zamanlarda dil pozuntularına görə cərimələr tətbiq ediləcək”.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda "Ekspress” qəzetinə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli məlumat verib. O, deyib ki, hazırda bu layihənin üzərində iş aparılır: "Baltikyanı ölkələrdə belə bir təcrübə var, dil polisi adlanan qurum dil pozuntularına nəzarət edir və dil qaydalarının pozulmasına görə cərimələr tətbiq edirlər. Bizim millətdə də mentalitetlə bağlı məsələ var. Necə ki, yol qaydalarının pozulmasına görə cərimələr tətbiq edilir, gərək dil qaydalarının pozulmasına görə də cərimələr tətbiq olunsun ki, öz dilimizdə təmiz danışaq.
 
Əvvəllər piyada keçidlərindən istifadə etmirdilər, amma cərimələr tətbiq olunduğu üçün artıq hamı piyada keçidindən keçir. Dil ilə bağlı da belə olmalıdır. Nəzarət olsa, vətəndaş qanunu pozmayacaq.
 
"Dil haqqında”, "Reklam haqqında” qanunlarda da bu var. Obyekt adları Azərbaycan dilində yazılmalıdır, amma yenə də əksər adlar ingilis dilində yazılır. Amma "Reklam haqqında” qanunun 4-cü maddəsində deyilir ki, adlar dövlət dilində yazılmalı, sonra əsas yazıdan kiçik həcmdə başqa bir xarici dildə reklam verilə bilər”.
 
Yeni sözlərin geniş istifadəsi üçün təbliğatı vacib sayan Baba Məhərrəmli deyir ki, əksəriyyət hələ də yeni sözlərin qarşılığının verildiyini bilmir. Dediyinə görə, məsələn, "rozetka” sözünün yerinə "elektrik yuvası” təklif olunub. "Amma bunu çox az adam bilir. Təklif olunan sözlər dərhal qəbul olunmur. Bu sözlərin qəbul olunması üçün müəyyən zaman keçməlidir. Yeni təklif olunmuş sözlər dildə işlədilməlidir. Təbii ki, cəmiyyət qısa müddət ərzində bu sözləri qəbul etməyəcək. Tutaq ki, mətbuatda, virtual aləmdə bu sözlər yazılsa, televiziya və radioda işlədilsə, tədricən gündəlik danışıq dilimizdə yer alacaq”.
 
Onun sözlərinə görə, orta məktəblərdə müəllimlərin özü də dil normalarına riayət etmirlər: "Fikir vermişəm ki, dəfələrlə müəllimlər özləri də dərsdə qələmə "ruçka” deyirlər. Və yaxud vətəndaş deyir ki, "ostanovka”da saxla. Bunu kiminsə boynuna qoymaq olmur, vətəndaşın özünün vətənpərvərlik hissi olmalıdır ki, öz dilində olan sözü işlətsin”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI