Çirkli pulların yuyulmasında təqsirli bilinən və 40 ilə qədər həbs cəzası istənilən türkiyəli sosial media fenomeni Dilan Polatın psixoloji sarsıntı keçirdiyi açıqlanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun psixiatriya şöbəsində müalicə aldığı öyrənilib.
Polatın vəkili Sevinç Horoz Dilan Polatın məruz qaldığı ictimai təzyiq və linç səbəbindən psixoloji sıxıntı yaşadığını bildirib.
Dilan Polatın psixiatriya xəstəxanasında nə qədər qalacağı məlum deyil.
Aysel