Dilan Polata qarşı daha bir iddia: 7 il həbsi tələb edilir

Dilan Polata qarşı daha bir iddia: 7 il həbsi tələb edilir
MAQAZİN
12:59 14.04.2024
257
Çirkli pulların yuyulması və vergidən yayınma daxil olmaqla 4 ayrı ittihamla saxlanılan sosial media fenomeni Dilan Polata qarşı yeni iddia qaldırılıb.

Dilan Polat fenomen olan A.A. adlı şəxslə məhkəməlik olub.

Sözügedən hadisə 24 iyul 2023-cü ildə baş verib. A.A və Dilan Polat sosial şəbəkədə mübahisə edib. Mübahisədən sonra A.A-ya mesaj göndərən Polat təhqiramiz sözlər yazıb. A.A adlı şəxs vəkili vasitəsilə Polatdan şikayət edib.

İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən ifadəsi alınan Polat, "Sözügedən mesajları göndərdiyimi xatırlamıram", - deyib.

Prokurorluq Dilan Polata qarşı "qadına qarşı hədə" və "təhqir" cinayətlərindən 7 ilə qədər həbs tələbi ilə iddia qaldırıb.
 
///Baku.ws
OXŞAR XƏBƏRLƏR