Dilan və Engin Polat cütlüyünün aylıq qazancı məlum oldu

Dilan və Engin Polat cütlüyünün aylıq qazancı məlum oldu
DÜNYA
14:28 04.11.2023
237
Polis tərəfindən saxlanılan Engin Polat aylıq gəlirlərinin 150-200 min TL olduğunu bildirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan cütlüyün maliyyə işləri üzrə vəkili aylıq gəlirlərinin 300 min TL olduğunu bildirib.

4 gün əvvəl barələrində çirkli pulların yuyulması və vergidən yayınma istintaqı çərçivəsində saxlanılan Engin və Dilan Polat cütlüyü ötən gecə 6 saat ifadə verib.
 
Əldə edilən məlumata görə, Dilan Polat və Engin Polata verilən suallardan biri də əməliyyatdan az əvvəl ünvanlarını niyə dəyişdikləri olub.
 
Engin Polat isə sözügedən iddiaları qəbul etməyərək, "Şirkət açıb bağladım, düzdür, şirkətim müflis oldu. Biz korrupsiya etməmişik, bu pula qənaət etmişik. Çox çalışdıq", - deyib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR