Dilarə Əliyeva etiraf etdi: "Daha heç bir şeyə həvəsim qalmadı"

Dilarə Əliyeva etiraf etdi: "Daha heç bir şeyə həvəsim qalmadı"
MAQAZİN
17:46 21.04.2017
1831

"Hamı delfinlə üzməkdən qorxurdu amma mən üzdüm”.

Bu sözləri əməkdar artist Dilarə Əliyeva deyib. O, AZXEBER.COM-a açılamasında qorxularından danışıb.

"Adrenalin sevən insanam amma hələm –hələm ona risk etmirəm. Mən heyvanlara yaxınlaşa bilmirəm, qorxuram. Bir dəfə delfin şouya getdik. Delfinlə üzmək həvəsim o qədər çox idi ki, qorxuma üstün gəldim və mən onu etdim”.

Dilarə Əliyeva bir müddət efirlərdə görünmək istəmədiyini də bildirdi: "Hələki efirə qayıdıb, verliş aparmağı düşünmürəm. Yeni bir söz deyəcək layihə olsa düşünərəm. Amma indi nə elə ideyam, nə həvəsim nə də ki, arzum var. Həm də mən xarekterika etibarı ilə elə biriyəm ki, mənə maraqlı olmayan işə nə qədər də olsa qonararlar təklif olunsa qəbul etmərəm”.

 

Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR