Əməkdar artist Dilarə Əliyeva "İncə səhər" verilişində qonaq olub.
AZXEBER.COM xəbər verir ki, aktrisa görünüşündəki köklü dəyişiklikdən danışıb.
D.Əliyeva qız analarına səslənib:
"Dəyişmədim, daha güclü versiyamı yaratdım. Məzmun daşımayan gözəllik mənasını itirir. Görüntüyə bel bağlamıram. Sənətim üzərində də çalışıram. Səhnəyə dünyalar gözəli bir qız çıxsa, yanında ömrünün 90 yaşında Nəsibə Zeynalova dayansa, tamaşaçı ona baxardı.
Qadınlar arzularının ardınca getməyi bacarsınlar. Bu dünyada heç nəyə xatir arzularından vaz keçməsinlər. Bir qız dedi ki, musiqini çox sevirəm, musiqi ilə yatıb dururam. Amma valideynlərim məni aptekdə işə düzəldib. Qıza dedim ki, ananı musiqiyə olan sevginə inandır. Anan və atan evə gələndə musiqi ilə qarşıla, musiqi ilə yola sal. Uşaqlarıma da deyirəm. Biz onları dünyaya vəsilə olub gətirmişik. Amma qorxaq ki, səhnəyə getməsin, nəsə olar? Bu, bizim problemimizdir, onların yox".
Aysel










































