"Avroviziya” təmsilçimiz Dilarə Kazımova 2025-ci ilin son günlərində xeyriyyə konsert proqramları ilə çıxış edib.
AZXEBER.COM xəbər verir ki, müğənni Yeni il ərəfəsində "Mehriban Qadın Uşaq Sığınacağı”, "Ümid yeri” uşaq sığınacağı və "Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzi”ndə kimsəsiz uşaqlarla görüşüb.
Estrada ulduzu uşaqlarla birlikdə mahnı oxuyub, əylənərək onlara sevinc yaşadıb.
D.Kazımova bildirib ki, uşaq evlərinə tez-tez baş çəkir və hər dəfə bu görüşlər onu dərindən kövrəldir:
"Hamımızın borcudur bu cür ağıllı və kimsəsiz uşaqları sevindirmək”.
Aysel









































