Dilarə "Kəklikotu" üçün "Dəm olmuşam"ı oxudu - VİDEO

Dilarə "Kəklikotu" üçün "Dəm olmuşam"ı oxudu - VİDEO
MAQAZİN
16:04 15.12.2017
3131
Artıq bir neçə ildir ölkədə inkişaf edən film bazarına 2017-ci ilin sonlarına yaxın yeni bir kino da daxil olacaq.
 
AZXEBER.COM xəbər verir ki, "Cinemazadeh" studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı "Kəklikotu” filmi dekabrın 21-də tamaşaçıları ilə görüşəcək.
 
Uzun müddətdir anonsları yayımlanan kinonun soundtracki isə 2014-cü ildə ölkəmizi "Eurovision” mahnı müsabiqəsində təmsil edən, tanınmış müğənni Dilarə Kazımovaya həvalə olunub. Son zamanlarda yaradıcılığında Azərbaycan dilində mahnılara yer verən müğənninin yeni ifasının adı "Dəm”-dir.
 
Qədim meyxana janrında olan "Dəm” mahnısını Dilarə Kazımova özünəməxsus şəkildə ifa edib, ona tam yeni ab-hava gətirib.
 
"Dəm”-in aranjemanı Rüstəm Zeynallı və Aynur Axundzadəyə məxsusdur. Qeyd edək ki, mahnının klipi də artıq hazırdır və yaxın günlərdə təqdim ediləcək. Klipin rejissoru Elrəng, operatoru isə Rauf Qurbanəliyevdir.

OXŞAR XƏBƏRLƏR