Müğənni Dilarə Kazımova sevənləri ilə görüşəcək. AZXEBER.COM xəbər verir ki, bir müddət öncə möhtəşəm "Azərbaycan" layihəsini təqdim edən ifaçı, bu dəfə pərəstişkarlarını imza gününə toplayacaq. Tədbir 28 sentyabr saat 19:00-da "Gənclik Mall" AVM-də baş tutacaq. Xatırladaq ki, Dilarə Kazımovanın daha bir imza günü 30 sentyabr saat 19:00-da "Gəncə Mall"-da keçiriləcək.