DİM-dən abituriyentlərə MÜRACİƏT

DİM-dən abituriyentlərə MÜRACİƏT
SOSİAL
17:46 03.05.2017
1107

 

Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib.

 

DİM-dən AZXEBER.COM-a verilən  məlumata görə, artıq namizədlər, imtahan iştirakçıları imtahanların nəticələrini Azercell mobil operatoru vasitəsilə mərkəz tərəfindən müvafiq nəticələr rəsmi elan olunan gündən etibarən öyrənə biləcəklər. Nəticələri öyrənmək üçün iş nömrəsini 7727-yə göndərmək lazımdır. Abonentin nömrəsinə toplanan bal haqqında məlumat göndəriləcək.

 

İmtahan nəticələri eyni zamanda DİM-in internet saytında yerləşdirilir.


OXŞAR XƏBƏRLƏR