DİM “Jurnalistika”ya qəbul olmaq istəyən abituriyentlərə müraciət etdi

DİM “Jurnalistika”ya qəbul olmaq istəyən abituriyentlərə müraciət etdi
SOSİAL
16:37 04.09.2020
544
Dövlət İmtahan Mərkəzi (DİM) "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Mərkəzdən AZXEBER.COM-a verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlər 4-8 sentyabr 2020-ci il tarixlərində internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə "Jurnalistika" ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı sentyabrın 11-də keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci sayında tanış ola bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?