DİN: 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

DİN: 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
SOSİAL
13:57 20.01.2023
124

Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 5,3 kiloqrama yaxın heroin, 9,6 kiloqrama yaxın marixuana, həmçinin 350 qrama yaxın metamfetamin olub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR