DİN: “Açıq havada və çadırda toy mərasimi keçirmək olar”

DİN: “Açıq havada və çadırda toy mərasimi keçirmək olar”
SOSİAL
16:59 24.06.2021
2277
"Açıq havada, çadırda və digər məkanlarda toy, nişan, ad günləri mərasimlərinin keçirilməsinə məhdudiyyət tələblərinə riayət etməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə icazə verilir. Digər halda, bir məkanda iki çadır quraraq ayrı-ayrı qonaqların dəvət edilməsi üçün say tərkibinin başqa formada dəyişdirilməsinə icazə verilmir. Yalnız bir məkanda bir mərasim çadırı təşkil oluna bilər”.

Bunu "Report”a Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirilib.

O deyib ki, 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri isə birmənalı olaraq, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərində - restoranlarda, ona bərabər digər məkanlarda müvafiq icazə əsasında həyata keçirilə bilər.

DİN rəsmisi şənlik mərasimlərində hansı qaydalara əməl etmək lazım olduğuna, bəy və gəlindən, musiqiçilərdən COVID-19 pasportunun tələb olunub-olunmayacağına da aydınlıq gətirib:

"50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.

50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində COVID-19-a qarşı tam peyvənd olunma və ya COVID-19-dan sağalaraq immunitetə malik olma barədə təsdiqedici sənəd (COVID-19 pasportu) tələb edilmir.

Eyni zamanda 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən musiqiçilərdən COVID-19-a qarşı tam peyvənd olunma və ya COVID-19-dan sağalaraq immunitetə malik olma barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) tələb olunmur”.

E.Hacıyevin sözlərinə görə, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində yalnız sıxlıq normasına əməl olunması və tibbi maskalardan istifadə edilməsi tələb olunur:

"50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (COVID-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib