DİN Astaradakı dəhşətli qətllə bağlı məlumat yaydı

KRİMİNAL
18:03 15.11.2013
1627

Daxili İşlər Nazirliyi Astarada törədilən qətllə bağlı məlumat yayıb

AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, noyabrın 14-də Astara rayonu Sığalonı kəndində kənd sakini İsmayıl Qulamov ailə münaqişəsi zəminində Məhbubə Nuriyevaya əvvəlcə kəsici alətlə xəsarət yetirib, sonra odlu silahdan atəş açaraq onu və özünü öldürüb.

Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-20” markalı ov tüfəngi, 1 ədəd patron və 1 ədəd giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR