DİN Babək rayonunda gəncin qətli ilə bağlı məlumat yaydı

DİN Babək rayonunda gəncin qətli ilə bağlı məlumat yaydı
SOSİAL
23:02 06.01.2023
229
Yanvarın 6-da saat 17 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Azərbaycan Respublikası DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 2005-ci il təvəllüdlü Rəhman Süleymanov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR