DİN: "Bakıda itkin düşən yeniyetmənin Zaqatalada tapılması ilə bağlı araşdırma aparılır"

DİN: "Bakıda itkin düşən yeniyetmənin Zaqatalada tapılması ilə bağlı araşdırma aparılır"
SOSİAL
21:00 14.08.2021
346
Bakıda üç ay əvvəl itkin düşən yeniyetmənin Zaqatala rayonunda tapılması ilə bağlı araşdırma aparılır.

Bunu APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyev bildirib ki, 2004-ci il təvəllüdlü Əliyeva Leyla Rauf qızının hansı məqsədlə evdən getməsi və ya qaçırılması ilə bağlı faktın təfərrüatları araşdırılır.

Araşdırmanın nəticəsinə görə qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.
OXŞAR XƏBƏRLƏR