DİN: "Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanılıb"

DİN: "Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanılıb"
SOSİAL
10:29 30.09.2021
892
Daxili İşlər Nazirliyi (DİN) Bakıda "Landau School” özəl məktəbin həyətində yaranan insidentə münasibət bildirib.

DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

"Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.
OXŞAR XƏBƏRLƏR