DİN bankirin qətli ilə bağlı daha bir həbsi təsdiqlədi

KRİMİNAL
16:08 24.04.2015
3085

Daxili İşlər Nazirliyi “Avropa” otelində baş verən qətldə daha bir şəxsin həbs olunması xəbərini təsdiqləyib. 

AZXEBER.COM xəbər verir ki, DİN-in məlumatında bildirilir ki, aprelin 21-də Bakı şəhər sakini Azər Məmmədovu qətlə yetirib hadisə yerini tərk edən Sənan Quliyev və Mövlud Səfərov tutulub.

Bildirək ki, bu gün "Qafqazinfo"da Sənan Quliyev və Mövlud Səfərovun vəkillərinin açıqlaması yayımlanıb.

Xatırladaq ki, hadisə nəticəsində ölən Azər Məmmədov “Zaminabank”n Nəsimi filialının sədri olub. Olay zamanı otelin idman zalını məşqçisi Ruslan Əfəndiyev də yaralanıb.

OXŞAR XƏBƏRLƏR