DİN: Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

SOSİAL
10:52 13.09.2024
105

Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarılan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

OXŞAR XƏBƏRLƏR