DİN-dən ABŞ səfirliyinin maşını ilə bağlı - AÇIQLAMA

SİYASƏT
15:22 19.11.2013
1625
Ehsan Zahidov səfirliyin avtomobilinin cərimə meydançasına aparılması barədə xəbərləri təkzib edib
Daxili İşlər Nazirliyi ABŞ-ın Bakıdakı səfirliyinin diplomatik nömrə nişanı olan maşınının cərimə meydançasına aparılması xəbərini təkzib edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, açıqlamada deyilənlərin yalan olduğu bildirilib.Qeyd edək ki, məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da "Qafqazinfo"ya açıqlamasında sözügedən informasıyanın doğru olmadığını qeyd edib:
“ABŞ-ın Bakıdakı səfirliyinin diplomatik nömrə nişanı olan maşınının guya 4 gün əvvəl “Landmark”Biznes Mərkəzinin qarşısındakı dayanacaqdan götürülərək cərimə meydançasına aparılması barədə yayılan məlumat uydurmadır və həqiqəti əks etdirmir. Yalan məlumatı təkzib etməklə yanaşı onu da qeyd etmək yerinə düşər ki, Bakı Şəhər İcra hakimiyyətinin müvafiq sərəncamına əsasən paytaxtın Nizami və Xəqani küçələrində, o cümlədən adıçəkilən Biznes Mərkəzinin qarşısında nəqliyyat vasitələrinin park edilməsinə icazə verilmir. Sözsüz ki, bu qadağa öz vətandaşlarımız ilə bərabər ölkəmizdə yaşayan və fəaliyyət göstərən əcnəbi vətəndaşlara, o cümlədən Bakıdakı diplomatik nümayəndəliklərdə çalışan diplomatlara da aiddir".

OXŞAR XƏBƏRLƏR