DİN-dən adam bıçaqlayan polislə bağlı AÇIQLAMA

DİN-dən adam bıçaqlayan polislə bağlı AÇIQLAMA
SOSİAL
14:40 11.12.2019
3415
Daxili İşlər Nazirliyi və prokurorluq Bərdə rayonunda polis əməkdaşının adam bıçaqlaması haqda yayılan məlumat barədə rəsmi açıqlama verib.

Bərdə Rayon Prokurorluğundan AZXEBER.COM-a verilən açıqlamaya görə, dekabrın 10-u saat 23 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən "Bazarstore” mağazasının qarşısında Bərdə rayon sakini, 1980-cı il təvəllüdlü Nicat Allahverdiyevin bıçaqlanması barədə barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin edilib. İlkin istintaqla 1994-cü il təvəllüdlü Feruz Əhmədovun şəxsi münasibət zəminində borc üstündə aralarında yaranmış mübahisə zamanı N.Allahverdiyevi bıçaqla vuraraq qəsdən adam öldürməyə cəhd etməsinə şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Feruz Əhmədov dekabrın 11-də qeyd edilən cinayəti törətməkdə şübhəli bilindiyinə görə tutularaq istintaqa cəlb olunub.

Qeyd edək ki, Feruz Əhmədov öz istəyi ilə bir neçə gün əvvəl daxili işlər orqanlarından xaric olunub. Hazırda Bərdə Rayon Polis Şöbəsində belə bir şəxs işləmir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu