DİN-dən əməliyyat - 37 narkotacir tutuldu, 75 kq narkotik aşkar edildi

DİN-dən əməliyyat - 37 narkotacir tutuldu, 75 kq narkotik aşkar edildi
SOSİAL
12:14 22.10.2022
237

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, yeni metod və üsullarla ölkəyə külli miqdarda narkotik vasitələr gətirən, bu qanunsuz əmələ cəhd göstərən şəxslərə qarşı informasiya texnologiyalarının da köməkliyindən istifadə olunmaqla xüsusi əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib.

Baş İdarənin son 20 gün ərzində paytaxt və bölgələrdə keçirdiyi əməliyyatlar zamanı onlayn və ənənəvi üsullarla narkotiklərin satışını təşkil edən 4 mütəşəkkil dəstənin üzvü, o cümlədən 37 nəfər saxlanılıb.

Həmin şəxslərdən 75 kiloqram narkotik vasitə və psixotrop maddə, 809 ədəd psixotrop tərkibli həb, kultivasiya edilən 163 ədəd çətənə kolu, 4 ədəd odlu və soyuq silah aşkar edilib.

Əməliyyatlar zamanı əvvəlcə Samir Rzayev Yasamal, Samir Hüseynov onun tanışları Fərid Məmmədov və Zulal Cəlilov isə Qaradağ rayonu ərazisində saxlanıblar. Bu şəxslərdən ümumilikdə 40 kiloqram yüksək təsiredici narkotik maddə heroin, tiryək, marixuana, psixotrop maddə metamfetamin, 809 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib.

Baş İdarə əməkdaşlarının Yevlax, eləcə də Cəlilabad rayonlarında həyata keçirdikləri digər əməliyyatlar zamanı İsmayıl Qasımovla Rafiq Hüseynov tutulublar. Onlardan 20 kiloqram heroin və marixuana aşkar olunub. Qeyd edək ki, Rafiq Hüseynov narkotik vasitələri Cəlilabad rayonuna izi itirmək məqsədi ilə keçilməsi çətin relyef şəraitindən istifadə etməklə atla gətirib. Aparılan zəruri istintaq və əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslərin ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olduqları sübuta yetirilib.

Onların şəbəkəsinə daxil olan şəxslərin saxlanılması istiqamətində keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışını təşkil edən, təbliği ilə məşğul olan və əsasən gəncləri narkokuryerliyə cəlb edən daha 31 nəfər saxlanılıb. Həmin şəxslərdən isə 15 kiloqram müxtəlif növ narkotik vasitə və digər maddi sübutlar aşkar olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Sonda bir daha vətəndaşları narkotiklərdən uzaq durmağa və bu mübarizədə polis əməkdaşları ilə həmrəy olmağa çağırırıq.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”