DİN-dən Fuad Qəhrəmanlı ilə bağlı açıqlama

DİN-dən Fuad Qəhrəmanlı ilə bağlı açıqlama
SOSİAL
13:01 03.08.2020
1011
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Fuad Qəhrəmanlı və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

AZXEBER.COM-un verdiyi xəbərə görə, nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Sosial mediada iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilənlərdən biri - Seymur Əhmədovun saxlanma yerində fiziki təzyiqlərə, işgəncə və zorakılığa məruz qalması ilə əlaqədar həqiqətə uyğun olmayan uydurma və qərəzli informasiyalar yayılıb. Bununla əlaqədar DİN rəhbərliyinin göstərişi ilə əməkdaşlar saxlanma yerində olaraq Seymur Əhmədovun izahatını alıblar, saxlanma şəraiti və sağlamlığı ilə maraqlanıblar. S.Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edib, hər hansı zorakılığa və işgəncəyə məruz qalmadığını, saxlanma şəraitindən, sağlamlığından şikayətinin olmadığını bildirib. 

O ki, qaldı Fuad Qəhrəmanlının guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində  işgəncələrə məruz qalması iddialarına, birmənalı və qəti şəkildə bildirirəm ki, Fuad Qəhrəmanlı ümumiyyətlə qeyd olunan İdarəyə gətirilməyib və orada olmayıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu, qərəzdən irəli gələn iddialardır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb