"İdrak” liseyində müəllimini güllələyən şagirdlə bağlı DİN-dən - AÇIQLAMA

"İdrak” liseyində müəllimini güllələyən şagirdlə bağlı DİN-dən - AÇIQLAMA
SOSİAL
10:51 06.02.2026
1168
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

DİN-in Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.

Bildirilib ki, Binəqədi rayonunda yerləşən özəl "İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR