DİN-dən kiberhücumlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

DİN-dən kiberhücumlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
SOSİAL
10:32 31.01.2024
181
Daxili İşlər Nazirliyi (DİN) kiberhücumlarla bağlı əhaliyə xəbərdarlıq edib.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kibercinayətkarlıqlarla üzləşməmək üçün vətəndaşlarımızı aşağıda qeyd edilənlərə riayət etməyə, internet resurslarında ayıq-sayıq olmağa çağırırıq:

"Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu ("3D secure”) təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə, Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin, İşə qəbul olunmağınızı əsas gətirərək guya "sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin, "Yüksək gəlirli onlayn iş imkanı" kimi zahirən cazibədar, sadə tapşırıqlar qarşılığında yüksək ödəniş vədlərinə etibar etməyin. Saxta sayt və ya hesablar üzərindən göndərilən iş təkliflərinə inanmayın.
Üzvlük və ya başlanğıc üçün ödəniş etməyin, Xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin, alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin. Sosial şəbəkələrdə keçirilən yarışların qalibi olduğunuz, o cümlədən hədiyyə qazanmağınız barədə mesaj alsanız hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin, "haker”, "baxıcı”, "faizə pul”, "profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin, saytların domen adlarına diqqət edin. Məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün yaradılmış saytlara qarşı diqqətli olun, sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin.

"Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in "102” Xidmətinə və Nazirliyin sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur", - xəbərdarlıqda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
18:54 18.07.2026
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
18:39 18.07.2026
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
18:28 18.07.2026
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
18:13 18.07.2026
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
17:51 18.07.2026
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
17:45 18.07.2026
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
17:33 18.07.2026
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
17:16 18.07.2026
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
17:01 18.07.2026
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
16:54 18.07.2026
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
16:47 18.07.2026
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
16:33 18.07.2026
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
Tramp onun taktikasını tənqid etdi
16:23 18.07.2026
Tramp onun taktikasını tənqid etdi
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
16:15 18.07.2026
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
Sabah çimərliklərdə hava necə olacaq?
16:09 18.07.2026
Sabah çimərliklərdə hava necə olacaq?
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var
16:03 18.07.2026
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var