Bakıda maşın bazarında qaraçıların əlbəyaxa davaya çıxmasına Daxili İşlər Nazirliyindən (DİN) münasibət gəlib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov BAKU.WS-ə bildirib ki, baş vermiş hadisə ilə bağlı polisə müraciət daxil olmayıb:
"Lakin yayılmış görüntülər ilə əlaqədar polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb".