DİN-dən metrodan istifadə edən sərnişinlərə növbəti dəfə - Xəbərdarlıq

DİN-dən metrodan istifadə edən sərnişinlərə növbəti dəfə - Xəbərdarlıq
SOSİAL
14:35 13.05.2020
1063
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 9-dan etibarən sərnişindaşıma fəaliyyəti bərpa olunan Bakı Metropolitenində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. 

DİN-dən AZXEBER.COM-a bildirilib ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti, həmçinin əlavə olaraq stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis və Daxili Qoşunların hərbi qulluqçuları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər. Bu qaydalara görə, sərnişinlər "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.

Qeyd edək ki, polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyə edirlər. Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsuliyyətə cəlb olunurlar.  

Daxili İşlər Nazirliyi sərnişinlərin diqqətinə bir daha çatdırır ki, müvafiq metodiki göstərişlərə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər barədə ciddi inzibati cəza tədbiri  tətbiq olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü - FOTO
20:01 23.07.2026
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü - FOTO
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
19:17 23.07.2026
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
19:06 23.07.2026
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
18:54 23.07.2026
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
18:38 23.07.2026
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi