Katarakt

DİN-dən Mustafa Cecelinin Bakı konserti ilə bağlı - AÇIQLAMA

SOSİAL
12:28 07.06.2021
7035
Türkiyəli müğənni Mustafa Ceceli şənbə günü Bakıda konsert proqramıyla çıxış edib. 

AZXEBER.COM xəbər verir ki, müğənni konsertdən görüntüləri öz "Instagram” səhifəsində paylaşıb.

Görüntülərdə ökədə tətbiq edilən karantin qaydalarının kobud şəkildə pozulduğu aydın görünür.

AZXEBER.COM məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

DİN-nin mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov bildirib ki, sözügedən tədbir açıq havada təşkil olunub:

"Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin məkanda xüsusi karantin qaydalarının pozulması aşkar edilib. Orada iştirak edən şəxslərə və təşkilatçılara xəbərdarlıq edilib. Tədbirin davam etdirilməsinin qarşısı alınıb”. 

Mustafa Cecelinin konsertdən paylaşdığı görüntüləri təqdim edirik:

 

Aydın Nuri
 

OXŞAR XƏBƏRLƏR