DİN-dən əməliyyat - SAXLANILANLAR VAR

DİN-dən əməliyyat - SAXLANILANLAR VAR
SOSİAL
17:27 04.04.2022
391
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib, gizlin anbarlarda 63 kiloqramdan artıq narkotik maddə saxlayan şəxslər tutulublar.

DİN-dən AZXEBER.COM-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan daha 29 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 63 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 550 ədəd psixotrop tərkibli həb, həmçinin kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 91 kiloqram olan 468 ədəd çətənə kolu aşkar edilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonu Hövsan qəsəbəsində keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şakir Rəfiyev tutulub. Onun həyətindəki narkotik tərkibli bitkilər yetişdirmək üçün xüsusi olaraq su, işıq və havalandırma ilə təchiz edilmiş istixanaya baxış zaman 468 ədəd çətənə kolu və evindən satış niyyəti ilə qurutduğu 12 kiloqram marixuana aşkar olunub.

Baş İdarə əməkdaşlarının Salyan və Biləsuvar rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə paytaxt sakinləri Adət Qədirovla Elsevər Fətəliyev saxlanılıblar. Onların üzərlərinə, avtomobillərinə və xüsusi olaraq narkotik vasitələrin saxlanc yeri kimi istifadə etdikləri gizli anbarlara baxış zamanı 38 kiloqram heroin, metamfetamin, tiryək, marixuana, narkotik satışı zamanı qeydlər apardıqları dəftərlər, onlayn satış zamanı istifadə olunan plastik kartlar, pul vəsaitləri və elektron tərəzilər aşkar olunub. Qeyd edək ki, Adət Qədirov və Elsevər Fətəliyev mütəşəkkil dəstə halında xaricdən göndərilən külli miqdarda narkotik vasitəni ölkə ərazisində qəbul ediblər. Daha sonra onlar narkotikləri müxtəlif üsullarla əvvəlcədən hazırladıqları yerlərdə gizlədib və satmaq məqsədi ilə paytaxt ərazisinə gətirməyə çalışıblar.

Paytaxtın Yasamal, Nizami, Nərimanov, Suraxanı, Sabunçu, Binəqədi rayonları, eləcə də Abşeronda həyata keçirilən əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 10 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda plastik kartlar aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran şəhərləri, həmçinin Astara, Yevlax və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 12 nəfər saxlanılıb. Bu şəxslərdən üç kiloqram heroin, metamfetamin, elektron tərəzilər, həblər və plastik kartlar aşkar olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün tutulan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”