DİN-dən narkotik çəkən keçmiş idmançı ilə bağlı AÇIQLAMA

DİN-dən narkotik çəkən keçmiş idmançı ilə bağlı AÇIQLAMA
SOSİAL
11:29 03.04.2019
3008
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi keçmiş azərbaycanlı idmançının narkotik istifadə edərkən çəkdiyi görüntülərlə bağlı araşdırmaya başlayıb.

Bu barədə AZXEBER.COM-a DİN-dən məlumat verilib.

Bildirilib ki, Unikal.org-da "Azərbaycanlı idmançı narkotik istifadə edərkən görüntüləndi” başlığı ilə yazı dərc edilib. Məlumatda qeyd edilir ki, sosial şəbəkədə "viner” kimi də məşhurlaşan taekvondo üzrə milli komandanın keçmiş üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcov narkotik istifadə etməsini videoya çəkib. Hətta N.Fərəcov ona söyüş söyən dostlarına "mən Azərbaycanın fəxriyəm” deyib. 

DİN-dən bildirilib ki, artıq sözügedən görüntü Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən araşdırılır. Nicat Fərəcov hazırda xaricdədir. O, Azərbaycana qayıtdığı zaman istintaqa çağırılacaq.
OXŞAR XƏBƏRLƏR