Daxili İşlər Nazirliyi (DİN) Qazaxda 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib.
AZXEBER.COM-un Qərb bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub: "Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək" - deyə DİN rəsmisi bildirib.
Qeyd edək ki, Qazaxda 17 yaşlı qızın qaçırılması barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün Facebook səhifəsində paylaşım edib.