DİN-dən qəzanı mobil telefona çəkənlərə XƏBƏRDARLIQ

DİN-dən qəzanı mobil telefona çəkənlərə XƏBƏRDARLIQ
SOSİAL
13:30 16.07.2024
156
Yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

"Müşahidələr göstərir ki, bu kimi hallar tez-tez yaşanır. Nəticədə istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda yolda ciddi sıxlıq yaranır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir."
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR