DİN-dən Səbuhi Xanlarovun "tiktok"da dediyi bu sözlərlə bağlı - AÇIQLAMA

DİN-dən Səbuhi Xanlarovun "tiktok"da dediyi bu sözlərlə bağlı - AÇIQLAMA
SOSİAL
16:25 21.12.2021
20060
Aktyor Səbuhi Xanlarov "Tik-Tok" da "Azinforum"un canlı bağlantısı zamanı maraqlı fikir bildirib.

O 2000-2008-ci illərdə polis işlədiyini, ehtiyatda olan polis baş-leytenantı olduğunu, DİN-dən təqaüd aldığını, hətta 15-16 oktyabr hadisələrində xidmət etdiyini bildirib.

AZXEBER.COM məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb. 

E.Zahidov açıqlamasında DİN-in belə bir əməkdaşının olmadığını bildirib:

"Səbuhi Xanlarov adlı adam Daxili İşlər Nazirliyində işləməyib. Hazırda DİN-in Səbuhi Xanlarov adlı təqaüdçüsü yoxdur".
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR