DİN-dən Şirvan şəhər Polis Şöbəsində işgəncə ilə bağlı iddialara CAVAB

DİN-dən Şirvan şəhər Polis Şöbəsində işgəncə ilə bağlı iddialara CAVAB
SOSİAL
16:32 20.01.2023
201
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin dünən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz həbs olunduğunu iddia edir.

Bu barədə vəkil Ramil Rüstəmov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Paylaşımda qeyd edilib ki, həbs olunan şəxsin qohumları bildiriblər ki, ona şöbədə işgəncə verilib:

"40 dəqiqədən çoxdur ki, vəkil orderimi və vəsiqələrimi müstəntiqə təqdim etməyimə baxmayaraq hüquqlarını müdafiə etdiyim şəxslə görüş hüququmuz təmin olunmur. Müstəntiq deyir prokuror icazə vermir. DİN-in "102” Çağrı Mərkəzi və Baş Prokurorluğun "961" qaynar xəttinə şikayətlər etmişəm. Hələ də xəbər yoxdur. 

Prezident Administrasiyasının qaynar xəttini götürən yoxdur. Vəkilin və təqsirləndirilən şəxsin Avropa İnsan Hüquqları Konvensiyasının 6, Konstitusiyanın 61, Cinayət prosessual Məcəllənin 91, 92-ci maddələrinin tələblərini pozurlar. Hesab edirəm ki işgəncə faktı olduğuna görə görüş vermirlər, hansısa qabaqlayıcı tədbir görməyə çalışırlar.

Hüququmuzun təmin olunması üçün dərdimizi kimə deyək bilmirəm. Biabırçılıqdır. Bu ölkədə vəkil pozulan hüquqları ilə aidiyyəti qurumlara şikayət verir, baxan ,yoxdursa demək insanlar çarəsiz duruma salınıblar. Hüquq islahatından söhbət gedə bilməz. Növbəti dəfə "102” Çağrı Mərkəzinə yığdım. Bir onu deyirlər ki, qeydiyyata almışıq, gözləyin. Çarəsiz duruma salınmışıq”.

İrəli sürülən iddialarla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan şəhər sakini Elgün Quliyev narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi şübhəli bilindiyi üçün yanvarın 18-də şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik maddə olan heroin götürülüb:

"Faktla bağlı E.Quliyev barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. E.Quliyevə qarşı polis şöbəsində hər hansı bir işgəncə verilməsi ilə bağlı qeyd edilən iddialar isə həqiqətdən uzaq və böhtan xarakterlidir. Bundan əlavə vəkil R.Rüstəmovun vəkil orderinin müstəntiq tərəfindən qəbul edilməməsi ilə bağlı qeyd etdiyi iddialar da həqiqətdən uzaqdır.

Belə ki, vəkil polis şöbəsinə order təqdim edən zaman müstəntiq saxlanılan E.Quliyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sonuncu ilə birlikdə aidiyyəti üzrə şəhər prokurorluğuna, daha sonra isə şəhər məhkəməsinə yollanıblar.  Bu zaman vəkil R.Rüstəmova keçirilən proseslərdə iştirak edə biləcəyi, məhkəmə prosesindən sonra isə hüquqlarını müdafiə etdiyi şəxslə görüşə biləcəyi izah olunub”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur