DİN-dən Şirvanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

DİN-dən Şirvanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
21:22 11.12.2023
174
Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR