DİN-dən Yasamalda çəkilən video ilə bağlı - AÇIQLAMA

DİN-dən Yasamalda çəkilən video ilə bağlı - AÇIQLAMA
SOSİAL
15:53 26.06.2020
5101
İki gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə bir qrup gənc müğənninin paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq "Yaşa Azərbaycan” mahnısını ifa etmələri və sonda həmin ərazidə xidmətdə olan polis əməkdaşlarına gül dəstələri atmalarını əks etdirən videoçarx yayıldı.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlama verib.

Açıqlamada deyilir:

"Oxucu və izləyicilərin böyük əksəriyyətinin bəyənib, təqdir etdikləri bu vətənpərvərlik nümunəsi bəzi "virtual qəhrəman”ların ürəyincə olmadı..

Onlar sosial şəbəkələrdə bu ifanın Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunduğunu iddia edərək vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərin ünvanına nəinki tənqidi fikirlər səsləndirdilər, hətta onları düşmənsayağı təhqir etməkdən belə çəkinmədilər.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, müxtəlif muğam müsabiqələrinin qalibləri olmuş bir qrup gənc müğənni heç kimin xahişi və təklifi olmadan öz təşəbbüsləri ilə videoçarx hazırlamaq qərarına gəliblər.

Vətənpərvər gənclərimiz bu təşəbbüslərini onunla əsaslandırıblar ki, onların da ailə üzvləri və yaxınları arasında şəhid olan, Qarabağ müharibəsində iştirak edən polis əməkdaşları olub.

Buna görə də, həm onların, həm də ümumilikdə polis əməkdaşlarının qarşıdan gələn peşə bayramlarını bu yolla təbrik ediblər.

Gənc müğənnilər əvvəlcə Şəhidlər Xiyabanına gedərək orada uyuyan şəhid polis əməkdaşlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Daha sonra videoda görünən binaya gedərək sakinlərə onlarla birlikdə "Yaşa Azərbaycan” mahnısını ifa etmək niyyətlərini bildiriblər.

Bina sakinləri də bu təşəbbüsü dəstəkləyərək mənzillərinin eyvanlarında mahnını ifa ediblər və sonda polis əməkdaşlarına gül dəstələri atıblar.

Videoçarxın davamı olaraq gənc müğənnilər oradan Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər...

Görəsən, belə bir vətənpərvərlik nümunəsi sərgiləyən gənclərimizin hansı hərəkəti düşmən dəyirmanına su tökən və bizə məlum olan antimilli qrupun heysiyyatına toxunub?

Əlbəttə ki, belələri heç vaxt istəməz ki, vətəndaşlarımız öz dövlətini bu qədər sevsin, onun inkişafı və tərəqqisi üçün əlindən gələni etsin.

Biz isə heç bir təmənna güdmədən, öz ürəklərinin səsi ilə belə vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərimizi dəstəkləyir və onların hər birinə təşəkkürümüzü bildiririk”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
19:34 22.07.2026
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?